Editor.az 14 yaşını qeyd edir
Far.Az xəbər saytı

Editor.az 14 yaşını qeyd edir


Bu gün Editor.az informasiya portalı 14 yaşını qeyd edir.

"Report"un məlumatına görə, informasiya portalı 2012-ci ildən fəaliyyətə başlayıb.

Fəaliyyətə başladığı ilk dövrdən Editor.az ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.

Editor.az Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Litva, Estoniya, Pakistan və bir digər ölkələrin nüfuzlu media qurumları əməkdaşlıq haqqında memorandum imzalamaqla, yaxından əməkdaşlıq edir.

"Report" İnformasiya Agentliyinin kollektivi Editor.az-da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Oxşar xəbərlər

Röya Ayxan "Baldır Yar"ı təqdim etdi
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər