Özcan Denizi ölüm təhdidlərinə məruz qoyan səs yazıları ortaya çıxdı
Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz qardaşı Ercan Deniz tərəfindən ölüm təhdidləri aldığını iddia edərək onu məhkəməyə verib.
Far.Az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğuna təqdim edilən şikayət ərizəsində maliyyə maxinasiyaları və təhdidlərə dair səs yazılarının olduğu bildirilib.
Özcan Deniz və bacısı Melek Kasap, böyük qardaşları Ercan Denizi maliyyə fırıldaqları, şantaj və ölüm təhdidləri ilə günahlandırıblar. 22 il ərzində müğənninin meneceri olmuş Ercan Deniz, iddiaya görə, həm sənətçinin, həm də ailəsinin təhlükəsizliyini təhdid edib.
Sənətçi və meneceri arasında münasibətlər maliyyə məsələləri ilə bağlı yaranan böhran səbəbilə pozulub. İddialara görə, Ercan Deniz şirkət üzərində tam nəzarəti əlində saxlayaraq Özcan Denizin qazancına dair şəffaf hesabat təqdim etməyib. Bununla yanaşı, o, sənətçinin qazancını gizlətməkdə və müxtəlif maliyyə maxinasiyalarında ittiham olunur.
Qeyd edək ki, təqdim olunan səs yazılarında təhdidlərin açıq-aşkar ifadə edildiyi bildirilir. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Özcan Deniz qardaşını və ailəsini sildi - SƏBƏB...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













