Sabirabadda Perinatal Mərkəzdə son on gündə üç uşaq ölümü baş verib - TƏBİB AÇIQLADI
Far.Az xəbər saytı

Sabirabadda Perinatal Mərkəzdə son on gündə üç uşaq ölümü baş verib - TƏBİB AÇIQLADI


TƏBİB Sabirabadda bayram günlərində iki döl və bir körpənin tələf olması ilə bağlı məlumat yayıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.

Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Digər hospitalizasiya olunan 39-40 həftəlik hamilə, 2006-cı il təvəllüdlü şəxsdə isə doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub.

Qeyd edək ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.

***13:09

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alınıb.

Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bayram günlərində baş verib.

Məlumata görə, doğumu cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib.

Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.

Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib.

Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib.

Ümumilikdə isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.

Oxşar xəbərlər

Agentlik: Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər