Azərbaycan Gürcüstanla radiotezliklərin koordinasiyasına dair protokol imzalayıb
Far.Az xəbər saytı

Azərbaycan Gürcüstanla radiotezliklərin koordinasiyasına dair protokol imzalayıb


Azərbaycan və Gürcüstan arasında yerüstü teleradio yayımı və mobil rabitə xidmətləri üzrə radiotezliklərin koordinasiyasına dair protokol imzalanıb.

"Far.Az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Radiotezliklər İdarəsinə (DRİ) istinadən xəbər verir ki, imzalanma Şəki şəhərində iki ölkənin Rabitə Administrasiyalarının nümayəndələri arasındakı koordinasiya görüşündə baş tutub.

Bildirilib ki, digər aidiyyəti qurumlarla yanaşı, DRİ-nin mütəxəssislərinin də iştirak etdikləri görüşdə mobil rabitə şəbəkələrində, televiziya və radio yayımlarında istifadə olunan radiotezliklərin koordinasiyası ilə bağlı texniki məsələlər müzakirə edilib.

Eyni zamanda sərhədyanı ərazilərdə birgə radiomonitorinq tədbirləri həyata keçirilib. Tərəflər qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər