Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları, yaxud 0,72 % azalaraq 67,65 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 66,19 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,44 ABŞ dolları və ya 0,66 % azalaraq 66,09 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"
-
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər













