Qazaxda TIR yandı
Far.Az xəbər saytı

Qazaxda TIR yandı


Qazaxda yük avtomobili yanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Nəsrəddin Mehdiyevin idarə etdiyi TIR tipli yük maşını anidən alışıb.

Alov hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər