Meksika COP29-da iştirak edəcək
Meksika iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan haqları üzrə müavini Hoel Ernandes “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, o, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla görüşüb: “Meksika bu qlobal problemin həllində beynəlxalq əməkdaşlığın təşviqi üçün iştirak edəcək”.
Səfir M.Talıbov öz növbəsində “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, o, H.Ernandesə dövlət başçısı İlham Əliyevin adından Meksika Prezidenti Klaudiya Şeynbaum Pardoya ünvanlanan COP29-da iştirakla bağlı rəsmi dəvət məktubunu təqdim edib.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY
Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Elnur Soltanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6













