Kürdəmirdə yük avtomobili yanıb
Far.Az xəbər saytı

Kürdəmirdə yük avtomobili yanıb


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Far.Az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "SCANİA" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın avtomobilin digər hissələrinə, o cümlədən qoşqunun üzərində olan müxtəlif markalı səkkiz ədəd minik avtomobilinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qoşqunun bir ədəd təkəri yanıb.

Yük avtomobili və qoşqunun üzərində olan minik avtomobilləri yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Hacıqabulda yük avtomobili yanıb, qoşqusundakı 14 ton qida məhsulu məhv olub
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər