MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Far.Az xəbər saytı

MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib


Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlər beynəlxalq vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, Tacikistanda MDB üzvlərinin vergi xidmət rəhbərlərinin Koordinasiya Şurasının 33-cü iclası keçirilib. Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasda MDB-yə üzv dövlətlərin vergi orqanları arasında əməkdaşlığın gücləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron məlumat mübadiləsinin və sənəd dövriyyəsinin inkişafı, eləcə də beynəlxalq vergi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub. Gündəlikdə kiçik sahibkarlıq subyektlərinin və özünüməşğul şəxslərin vergitutma məsələləri, vergi qanunvericiliyində baş verən dəyişikliklər, vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsi və vergi qanunvericiliyinə riayət olunması sahəsində əlaqələrin gücləndirilməsi kimi mövzular da yer alıb.

İ.Vəliyev çıxışında müasir texnologiyaların inkişafı, yeni biznes modellərinin yaranması və vergi ödəyicilərinin artan gözləntiləri fonunda vergi orqanları arasında təcrübə mübadiləsi və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, süni intellektin vergi inzibatçılığında tətbiqinin və risklərin idarə edilməsi sistemlərinin inkişafının vergi administrasiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

İclas çərçivəsində Dövlət Vergi Xidmətinin "Vergi inzibatçılığında süni intellekt: ayrı-ayrı modellərdən öz platformasında işləyən agentlərə doğru" mövzusunda məruzəsi də təqdim olunub.

Tədbirin sonunda MDB İcraiyyə Komitəsi Koordinasiya Şurasının 25 illiyi münasibətilə vergi inzibatçılığı sahəsində əməkdaşlığın inkişafına və Şuranın fəaliyyətinə verdiyi töhfəyə görə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlini fəxri fərmanla təltif edib. Fəxri fərman nümayəndə heyətinə təqdim olunub. Bundan başqa, Şuranın fəaliyyətinə qatılan ekspert qrupuna təşəkkürnamə təqdim edilib.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər