Bakıda dəhşətli qəza - İki nəfər ölüb
Far.Az xəbər saytı

Bakıda dəhşətli qəza - İki nəfər ölüb


Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən BAKU.WS-ə verilən xəbərə görə, 6-si kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfə əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***00:31

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, 23 aprel saat 18:00 radələrində Lökbatan-Puta yolunda "Lada" və "Hyundai" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində bir neçə şəxs yaralanıb. Yaralılardan 2 nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza yerindən dəhşətli görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda dəhşətli qəza - Ölənlər və yaralılar var
Kliniki Tibbi Mərkəzin 110 illiyi qeyd olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər