Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək
Far.Az xəbər saytı

Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək


Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Far.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 11 may 2025-ci il tarixində keçiriləcək.

Bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib - YENİLƏNİB
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib - YENİLƏNİB
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Magistraturaya qəbul imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər