KİV: Donald Trampın İranın münaqişənin həlli ilə bağlı son təklifini qəbul etməsi ehtimalı azdır
ABŞ prezidenti Donald Trampın İranın münaqişənin həlli ilə bağlı son təklifini qəbul etməsi ehtimalı azdır .
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edilbi ki, məsələ ilə tanış olanların fikrincə, Trampın son bir neçə gün ərzində ABŞ-yə ötürülən planı qəbul etməsi ehtimalı azdır, çünki bu plan Tehranın nüvə proqramı ilə bağlı sualları sonrakı danışıqlar üçün saxlayır.
"Əl-Mayadin" telekanalı daha əvvəl İranın ABŞ ilə danışıqlar üçün üç mərhələli təklifi vasitəçilərə təqdim etdiyini bildirmişdi.
Televiziyanın məlumatına görə, Tehran danışıqların birinci mərhələsinin müharibənin sona çatmasına və İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin təmin edilməsinə yönəlməsini istəyir.
İkinci mərhələdə Hörmüz boğazının münaqişədən sonrakı idarə olunması ilə bağlı müzakirələr aparılmalıdır.
Üçüncü mərhələdə Tehranın nüvə proqramı müzakirə olunacaq.
"Əl-Mayadin" İranın ilk iki mərhələdə razılaşmalar əldə olunana qədər bu məsələni müzakirə etməkdə tərəddüd etdiyini qeyd edib.
Xatırladaq ki, aprelin 11-də İran və ABŞ Pakistanın paytaxtı İslamabadda bir neçə danışıqlar raundu keçiriblər.
Həm Tehran, həm də Vaşinqton danışıqlardan sonra bildiriblər ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı heç bir razılığa gəlinməyib.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər













