Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək
Far.Az xəbər saytı

Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək


Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

Bu barədə "Report"a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, Binəqədi rayonu, 2-ci Mədən, korpus 98 ünvanında "Təmiz Qaz" QSC tərəfindən yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 19.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu üzrə Malik Mustafayev, Park, Səttar Bəhlulzadə küçələrinin, Binəqədi rayonu üzrə isə 1-ci, 2-ci və 3-cü Mədən adlanan ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Sakinlərin diqqətinə! Bu gün saat 10:00-dan...
Sabah Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək
Sabah Bakının bu ərazilərində və Xırdalanda qaz olmayacaq
“Azəriqaz” Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir - VİDEO
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza ilə bağlı Bakıya suyun verilməsində yenidən iki gün fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər