Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA yayıb
Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı ibtidai istintaqın məlumatları ictimaiyyətə açıqlanmayıb.
Far.Az xəbər verir ki, "RİA Novosti" bu barədə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğuna istinadən məlumat yayıb.
Prokurorluqdan aydınlıq gətirilib ki, hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür.
25 dekabr 2024-cü il tarixində səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarə Bakıdan Qroznıya uçurdu; Təyyarə qəzasından bir qədər əvvəl ekipaj Aktauda təcili eniş tələb edib. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub; 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb, qalanları isə həlak olublar.
Aktauda qəzaya uğraması ilə bağlı təhqiqat üzrə yekun hesabat 2025-ci ilin dekabrına kimi təqdim olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













