İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb
İranda müğənni Pərasta Əhmədi hicabsız çıxışına görə 74 şallaq zərbəsi alıb.
Far.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri müğənninin vəkili Mustafa Nilinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, cəzaya səbəb 2024-cü ilin dekabrında YouTube platformasında yayımlanan onlayn konsert olub. Konsert zamanı Pərasta Əhmədi hicabsız, çiyinləri açıq və qolsuz geyimdə çıxış edib.
Müğənni ilə yanaşı, onun dörd nəfərdən ibarət musiqi kollektivi də eyni cəzaya məruz qalıb. Onlar internetdə "ictimai əxlaqı təhqir edən, nalayiq və əxlaqsız məzmun yaratmaq və yaymaqda" təqsirli biliniblər.
Bundan əlavə, məhkəmə onların hər birinə iki il müddətinə ölkədən çıxmağı və incəsənət fəaliyyəti ilə məşğul olmağı qadağan edib.
Qeyd edək ki, 29 yaşlı Pərasta Əhmədi İranın tanınmış müğənnisi, bəstəkarı və ictimai fəalıdır. O, ənənəvi və xalq musiqisi ifaçısı kimi tanınmaqla yanaşı, İranda qadın musiqiçilərə tətbiq edilən məhdudiyyətlərə qarşı çıxışı ilə də diqqət çəkir.
Müğənniyə dünya miqyasında şöhrət qazandıran hadisə 11 dekabr 2024-cü ildə baş verib. O, Qum vilayətində yerləşən qədim Deyr-Qəçin karvansarayında tamaşaçısız konsert verib və çıxışını YouTube üzərindən canlı yayımlayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













