Qərbi Azərbaycan Xronikası: İran ermənilərinin yerləşdirildiyi türk yurdu
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "İran ermənilərinin yerləşdirildiyi türk yurdu" adlı süjet hazırlanıb.
BAKU.WS xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala toponimi haqqında söz açılır.
Bildirilir ki, Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək üçün ermənilər daim əməliyyatlar keçirib, oğuz-türk adlarını müxtəlif bəhanələrlə özününküləşdirib.
Vurğulanır ki, bu toponimlərin erməni tarix kitablarında hayların uydurduğu kimi yazılsa da, reallıqda oğuz-qıpçaq tayfalarına məxsusluğu danılmaz faktdır: "Əminik ki, Qərbi azərbaycanlıların doğma yurda qayıdışı erməni uydurmalarının üstündən birdəfəlik xətt çəkəcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Ağcaqala, Ağcaqışlaq, Ağcaquş - türk tarixinin izi
Türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası: Qıpçaqvəng kompleksində abidələri dağıdıb, erməni kilsəsinə çeviriblər
Qərbi Azərbaycan Xronikası: “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd”
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













