Azərbaycanla KSQT arasında əməkdaşlığın cari vəziyyəti müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycanla KSQT arasında əməkdaşlığın cari vəziyyəti müzakirə edilib


Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (OPCW / KSQT) yanında Daimi Nümayəndəsi Anar Əcəmov etimadnaməsini təşkilatın baş direktoru Sabrina Dallafiora təqdim edib, söhbət zamanı Bakı ilə KSQT arasında əməkdaşlıq müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Görüş zamanı Azərbaycan ilə KSQT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, A. Əcəmov Azərbaycanın Niderland Krallığındakı səfiridir.

Xatırladaq ki, KSQT "Kimyəvi silahların istehsalı, hazırlanması, toplanması, kimyəvi silahlardan istifadənin qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya"nın qüvvəyə minməsi ilə əlaqədar olaraq 29 aprel 1997-ci ildə təsis edilib. Konvensiyanın əsas məqsədi kimyəvi silahların istifadəsini tamamilə qadağan etmək və müvafiq nəzarət mexanizmini yaratmaqdır.

Azərbaycan 1993-cü ilin 13 yanvar tarixində Konvensiyasını ilk imzalayan dövlətlərdəndir. Qeyd olunan konvensiya 2000-ci ilin 29 fevral tarixində Milli Məclis tərəfindən təsdiqlənib və Azərbaycan KSQT-nin tamhüquqlu üzvü olub.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər