Nigeriyada terrorçulara hava və quru əməliyyatı: 60 ölü
Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində "Boko Haram" terror qruplaşmasına qarşı keçirilən hərbi əməliyyatlar nəticəsində 60 terrorçu zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, ordunun sözçüsü Oniinyeçi Anele yazılı açıqlamasında bildirib ki, Borno əyalətinin Bita bölgəsində səhər saatlarında həm havadan, həm də qurudan "Boko Haram"a qarşı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 60 terrorçu məhv edilib.
Nigeriyanın Milli Təhlükəsizlik müşaviri Nuhu Ribadu daha əvvəl açıqlamışdı ki, 2023-cü ildən bu yana "Boko Haram" və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terrorçularına qarşı mübarizədə 13 min 543 silahlı zərərsizləşdirilib, minlərlə terrorçu isə orduya təslim olub.
2000-ci illərin əvvəllərindən bəri ölkədə fəallıq göstərən "Boko Haram" 2009-cu ildən bu yana həyata keçirdiyi genişmiqyaslı terror aktlarında on minlərlə insanın ölümünə səbəb olub.
2015-ci ildən bəri təşkilat Kamerun, Çad və Niger kimi qonşu ölkələrə də hücumlar təşkil edir. Çad Gölü hövzəsindəki hücumlarda azı 2 min nəfər həyatını itirib.
Ölkədə terror aktları və toqquşmalar səbəbilə yüz minlərlə insan köç etməyə məcbur qalıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
KİV: "Boko Haram" silahlıları Nigeriyada 20 balıqçını öldürüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ qüvvələri Hörmüz boğazında saxladığı gəmilərin sayını açıqlayıb
-
Naib Əlizadə ilə bağlı ƏMR
-
Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır
-
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
-
Makron III Çarlzın fransız dili ilə bağlı zarafatına cavab verib
-
Lənkəranda WUF13 Festivalı başlayıb













