Rayonlarda yas mərasimlərində ehsan verilməsi qadağan olunub?
Şamaxı, İsmayıllı, Oğuz, Ağsu rayonlarında yas mərasimlərində ehsan verilməyinə qadağa qoyulduğu iddia olunub.
Far.Az xəbər verir ki, bu barədə Oxu.az-a məlumat verən rayon sakinlərinin sözlərinə görə, kimsə vəfat edəndə ərazi üzrə kənd nümayəndələri yas evinə gəlir və yemək verəcəkləri təqdirdə 5 min manat cərimə olunacaqlarını bildirirlər.
Onlar iddia ediblər ki, hətta yemək verilən yas məclislərində mollaların iştirakına da icazə verilmir.
Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlara işin təşkilatçısı Nəsimi Teymurov bildirib ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir.
"İsmayıllı rayonunun ağsaqqalları, ziyalıları yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı icra hakimiyyətinə müraciət ediblər. Onların müraciətləri nəzərə alınaraq rayon sakinlərinə tövsiyələr verilib. Bu tövsiyələr yas mərasimlərinin şəriət qaydalarına uyğun olaraq sadə formada keçirilməsi ilə bağlıdır. Burada əsas məsələ imkanlı və imkansız ailələr arasında fərqin aradan qaldırılması, yas sahibi olan ailənin əlavə maddi yükdən azad edilməsidir. Əhaliyə yas mərasimlərində vahid tərzdə çadır qurulması, yas süfrəsində yalnız çay, xurma, halva verilməsi tövsiyə edilir.
Bu tövsiyə dini dəyərlərə uyğun olaraq israfın qarşısını almağa, cəmiyyət arasında sosial həmrəyliyi artırmağa yönəlib və sosial ədalət prinsipi daşıyır. Məqsəd həmrəy olmaq, qarşılıqlı hörməti artırmaq, mənəvi dəyərləri qorumaq, eyni zamanda yas sahibini maddi yükdən azad etməkdir. Yas sahiblərinin çoxunun kənd marketlərinə borcları yaranıb. Bizim bu tövsiyə xarakterli istəyimizi insanlar rəğbətlə qarşılayır, yas mərasimlərini dini dəyərlərə uyğun keçirirlər. Kimsə tövsiyəyə qulaq asmayanda ağsaqqalların, ziyalılar tərəfindən qınanırlar. Onlar vətəndaşlar ilə danışıb, qınayırlar ki, tövsiyələrə niyə riayət olunmur. Yas mərasimlərinin qadağan olunması ilə bağlı hər hansı normativ, hüquqi akt yoxdur. Burada atılan addımlar tövsiyə xarakteri daşıdığı üçün də heç bir cərimədən söz gedə bilməz".
Ağsu Rayon İcra Hakimiyyəti sözügedən iddiaları təkzib edərək qeyd edib ki, icra başçısı tərəfindən belə bir tapşırıq verilməyib.
Oğuz və Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
Tailandda helikopter qəzası olub, xəsarət alanlar var
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur













