İrandan Azərbaycan vasitəsilə təxliyə edilən əcnəbilərin sayı azalır
Far.Az xəbər saytı

İrandan Azərbaycan vasitəsilə təxliyə edilən əcnəbilərin sayı azalır


İsrail-İran münaqişəsinin 11-ci günündə Azərbaycanın Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi ilə əvvəlki günlərə nisbətən rəsmi müraciət əsasında təxliyəsi həyata keçirilən xarici ölkə vətəndaşlarının sayında azalma müşahidə olunur.

Far.Az report-a istinadən xəbər verir ki, son gün ərzində təxliyə edilənlər əsasən ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Portuqaliya, Xorvatiya, Çin, Şri-Lanka vətəndaşlarıdır.

Azərbaycana keçərkən onlara rahat hərəkət üçün şərait yaradılır, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilir və çay süfrəsinə dəvət olunurlar. Rəsmi gömrük prosedurlarından sonra avtobuslarla ölkələrinə yola salınırlar.

Son təxliyə olunanlar arasında İran vətəndaşlarına da rast gəlinir. Onlardan biri - Seyid Həsən Əsədullahi bildirib ki, Kanadada yaşayan oğlu valideynlərinə görə narahat olduğundan adıçəkilən ölkəyə gedə bilmələri üçün onlara viza göndərib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər