Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib
Far.Az xəbər saytı

Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib


Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib.

"Far.Az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 5 yanvar tarixli qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, xidmət haqqının miqdarı Azərbaycan ərazisində keçirilən respublika səviyyəli idman tədbirləri zamanı günlük 50 AZN, Azərbaycan ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirlər zamanı isə günlük 100 manatdır.

Hakimlər briqadasının üzvləri və yarışların baş katibinin xidmət haqqı isə müvafiq olaraq 25 və 50 manat müəyyənləşib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər