Tokayev Azərbaycana təşəkkür edib
Far.Az xəbər saytı

Tokayev Azərbaycana təşəkkür edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

O, AETİK-in bütün iştirakçılarına uğurlar arzulayıb və Qazaxıstanın etibarlı dostu olan Azərbaycana Təşkilata yüksək səviyyəli sədrliyi və dialoq, etimad və tərəfdaşlığın gücləndirilməsi istiqamətində yorulmaz səylərinə, həmçinin AETİK-in institusional inkişafına töhfəsinə görə səmimi minnətdarlığını bildirib.

Tokayev ayrıca Qazaxıstanın energetika, rəqəmsallaşdırma, logistika və kənd təsərrüfatı sahəsindəki prioritetləri üzərində dayanıb.

O, infrastrukturun modernləşdirilməsinin dəniz limanlarının, avtomobil yollarının və dəmir yolu marşrutlarının tikintisi və yenilənməsi də daxil olmaqla, beynəlxalq tərəfdaşların fəal iştirakı ilə həyata keçirildiyini vurğulayıb.

Dövlət başçısı rəqəmsal transformasiya və süni intellektin ölkənin inkişafının yeni mərhələsinin əsası olacağını bildirib.

"Biz qlobal dəyər zəncirlərinə tam inteqrasiya olunmuş və iqlim və dayanıqlı inkişaf məqsədlərinə uyğun dayanıqlı iqtisadiyyat qururuq. Bu uzunmüddətli məqsədlərə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlığa sadiqik. Fürsətdən istifadə edərək, bu mühüm strategiyanın həyata keçirilməsində diplomatik icmanın xüsusi rolunu vurğulamaq istərdim", - deyə Tokayev yekunlaşdırıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi təhvil alıb - YENİLƏNİB - 2
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər