Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur
Far.Az xəbər saytı

Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur


Bu gün, noyabrın 22-də Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin doğum günüdür. 1950-ci il noyabrın 22-də Şəkidə dünyaya gələn bəstəkarın bu gün 76 yaşı tamam olur.

Onun yaradıcılığını fərqləndirən əsas cəhətlərdən biri milli musiqi ənənələrini müasir bəstəkarlıq üslubu ilə birləşdirməsidir. Cavanşir Quliyev Azərbaycan musiqisində özünəməxsus dəst-xətti və çoxşaxəli yaradıcılığı ilə seçilən sənətkarlardandır.

BAKU.WS xəbər verir ki, Cavanşir Rəhim oğlu Quliyev ilk musiqi təhsilini Şəkidə alıb. 1968-ci ildə Şəki Musiqi Texnikumunu bitirdikdən sonra Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1975-ci ildə professor Cövdət Hacıyevin bəstəkarlıq sinfini başa vurub.

Bəstəkarın yaradıcılıq irsi kifayət qədər zəngindir. O, iki operettanın, dörd simfoniyanın, 1000-ə yaxın mahnının, eləcə də kamera-instrumental və xor əsərlərinin müəllifidir. Bundan başqa, 300-ə yaxın teatr və televiziya tamaşasına, 8 bədii və 25 sənədli filmə musiqi bəstələyib.

Azərbaycan Milli Kitabxanası

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifi kimi də tanınır. Onun musiqi yaradıcılığında milli ruh, vətənpərvərlik və azadlıq ideyaları xüsusi yer tutur.

Azərbaycan Milli Kitabxanası

Bəstəkar 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2015-ci ildə isə "Sübhün səfiri" filminə bəstələdiyi musiqiyə görə "Qızıl Pəri" mükafatını qazanıb.

Qeyd edək ki, Cavanşir Quliyev Azərbaycan musiqi mədəniyyətində milli ənənələrlə müasir musiqi düşüncəsini bir araya gətirən sənətkarlardan biri kimi xüsusi yer tutur.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər