Ceyhun Bayramov Xankəndidə BMT rəsmisi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiah Aliscahbana ilə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanla UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
UNESCAP-ın icraçı katibi zirvə toplantısına dəvətə və ölkəmizin 2026-cı ildə UNESCAP-ın 82-ci sessiyasına ev sahibliyi təşəbbüsünə görə minnətdarlığını bildirib.
Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, ölkəmizin BMT-nin missiyasına verdiyi töhfələr, o cümlədən 2023-cü ildə Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü münasibətilə zirvə toplantısına, 2024-cü ildə isə BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb.
Tərəflər arasında iqlim dəyişikliyi və yaşıl enerji, nəqliyyat dəhlizləri, texnologiyalar və rəqəmsallaşma kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər qlobal inkişaflar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azər Allahverənov: TDT ölkələri QHT-lərinin birgə layihələri inteqrasiya prosesinə töhfə verəcək
-
Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR













