Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat
Far.Az xəbər saytı

Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat


Bərdədə həyat yoldaşının ölümü ilə nəticələnən qəzada təqsirləndirilən Nadir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə N.Həsənov 5 il azadlıqdan məhrum edilib . O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.

İttihama görə, hadisə bu il mayın 24-də Bərdənin Mehdixanlı kəndi ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi 66-BG-465 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobili yol kənarındakı arxa aşırıb. Nəticədə maşında olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.

Məlumata görə, hadisə vaxtı M.Həsənov və həyat yoldaşı ilə birlikdə bacanağıgildə təşkil edilən məclisdən gəlirlərmiş. M.Həsənov məclisdə spirtli içki qəbul edəndən sonra öz avtomobili ilə hərəkətə başlayıb. O, rayonun Mehdixanlı kəndində idarəetməni itirib və avtomobil yolun kənarındakı su arxına düşüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər