Mərdan Kazımov Cabbar Musayevin qalmaqallı çıxışına reaksiya verdi
Müğənni Cabbar Musayevin "Mərdan mahnımı oxuyan zaman məndən icazə almayıb" sözlərinə qarşı tərəfdən cavab gecikməyib.
Far.Az xəbər verir ki, müğənni Mərdan Kazımov C. Musayevin sözügedən açıqlamasından sonra onunla danışdığını bildirib:
"Xəbəri görən kimi Cabbar əmi ilə əlaqə saxladım. Dedi ki, sənin adını unutmuşdum, amma sonra xatırladım. İndiyə kimi heç bir mahnını icazəsiz oxumamışam. Mahnının müəlliflərindən, müəlliflər yaşamırsa, ailə üzvlərindən imzalı icazə alırıq. Çünki çalışdığım şirkət icazə müqaviləsi olmasa, mahnını lentə almır. Cabbar bəylə də studiasında görüşüb, imzalı kağız almışıq. Fotomuz da var. İş genü deyil deyə müqavilə kağızını şirkətdən götürə bilmədim.
Bunu yalnız şirkət istəyir deyə etmirəm, müəlliflərə, zəhmətə hörmətdən edirəm. Hətta mahnıları ifa edən sənət adamları ilə də danışıram, hallalıq alıram".
Cabbar Musayev də saytımıza açıqlamasında qeyd edib ki, "Başqa birisini sevə bilməzsən" mahnısına icazə verib, hətta müqaviləyə imza atıb:
"Mərdana icazə vermişəm, müqaviləyə də imza qoymuşam. Studiyaya yanıma gəlmişdi, tanış oldum, halallıq verdim. Verilişdə Mərdanın adını unutmuşdum. Məndən icazəni 3 il əvvəl alıb. Gün ərzində o qədər adam icazə istəyir ki. Mərdana halallıq da, icazə də vermişəm. İfasını da dinləmişəm, gözəl rok tərzində ifa edib. Sadəcə qarışıqlıq olub".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə













