"Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür
"SOCAR-ın benzin və dizel yanacağının qiymətinə yuxarı hədd tətbiq etmək barədə qərarı İtaliya vətəndaşlarının yanacaqdoldurma məntəqələrində daha az vəsait ödəməsinə imkan yaradıb".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya Biznes Forumunda deyib.
O, təşəkkürlərini Azərbaycan Prezidentinə bildirdiyini qeyd edib:
"SOCAR-dakı dostlarımıza da çatdırmışam. Bizim üçün bu, təkcə iqtisadi siyasətlə bağlı addım deyil, həm də heç vaxt unutmayacağımız dostluq jestidir. Bununla belə, mürəkkəb beynəlxalq şəraitdə irəliləmək və qarşımıza çıxan maneələri dəf etmək üçün güclü olmalıyıq. Azərbaycanlı dostlarımızı əmin edə bilərəm ki, İtaliya yüksəkkeyfiyyətli məhsullar ixrac edir.
İtaliya məhsullarının idxalına şərait yaratmaq Azərbaycan vətəndaşlarına yüksəksəviyyəli məhsullar təqdim etmək deməkdir. İxracımızla bağlı verə biləcəyimiz ən mühüm təminat məhz budur.
Hörmətli nazir, bu ilin ilk doqquz ayında ixracımız 5.5 faiz artıb. Ötən il isə artım 3.3 faiz təşkil edib. Gələn ilin sonunadək ixracın həcmini 700 milyard avroya çatdırmaq məqsədimizə yaxınlaşırıq.
Bu göstəricilər İtaliya məhsullarının keyfiyyətini nümayiş etdirir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













