XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
3–4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə "Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı" mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.
İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib.
Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.
Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.
Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.
İƏT regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksək qiymətləndirilib.
Kommünikedə İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və İƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib.
Sənəddə "İƏT Sərmayə", Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, İƏT Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib.
Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.
Xankəndi Kommünikesi ilə aşağıdakı internet keçiddə tanış olmaq mümkündür:
https://eco.int/wp-content/uploads/2025/07/5-065-25-1.pdf
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
-
FT: Starmerin istefası üçün edilən cəhdlər Britaniyada dövlət aparatını iflic edə bilər













