Dünyada estetik əməliyyatlar: hansı ölkələr liderdir?
Dünyada estetik əməliyyatlara maraq ildən-ilə artır. Beynəlxalq Estetik Plastik Cərrahlar Cəmiyyəti (ISAPS) və digər nüfuzlu mənbələrin məlumatına əsasən, bu sahədə ən yüksək göstəricilər bəzi ölkələrdə cəmləşib.
BAKU.WS xəbər verir ki, statistikaya görə, Cənubi Koreya estetik əməliyyatların adambaşına düşən sayına görə dünyada birinci yerdədir. Bu ölkədə hər 1000 nəfərə təqribən 8.9 estetik əməliyyat düşür. Mütəxəssislər bildirirlər ki, plastik cərrahiyyə Cənubi Koreyada artıq cəmiyyətin gündəlik həyatının bir hissəsinə çevrilib.
Latın Amerikası ölkələri də siyahıda ön sıralarda yer alır. Argentina (8.81/1000 nəfər) və Braziliya (7.62/1000 nəfər) bu sahədə aparıcı mövqe tutur. Həmçinin, Kolumbiya (7.26) və Meksika (5.31) da yüksək göstəricilərlə diqqət çəkir.
Estetik əməliyyatların ümumi sayına görə ABŞ da öndə gedir. 2023-cü ildə bu ölkədə 1 milyon 791 min estetik prosedur həyata keçirilib. Bu, hər 1000 nəfərə 5.91 əməliyyat deməkdir.
Almaniya (5.72), Türkiyə (5.40) və İtaliya (4.79) ön sıralarda yer alır. 2023-cü ildə Braziliyada 2 milyon 185 min, Meksikada 932 min, Türkiyədə isə 553 min estetik əməliyyat qeydə alınıb.
Araşdırmalar göstərir ki, dünya üzrə estetik prosedurlar təkcə ABŞ və Braziliya kimi inkişaf etmiş ölkələrlə məhdudlaşmır. Cənubi Koreya, Latın Amerikası ölkələri və Avropa dövlətləri də bu sahədə ciddi yüksəliş nümayiş etdirir. Xüsusilə, Cənubi Koreya adambaşına düşən əməliyyat sayında liderlik mövqeyini qoruyur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tanınmış həkimdən nazirliyə irad: "Gözümü açandan plastik cərraham, adım siyahıda yoxdur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













