Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri oktyabrda 21 %-dən çox artıb
Far.Az xəbər saytı

Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri oktyabrda 21 %-dən çox artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 351 milyon manatlıq məhsul istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.

Təkcə oktyabrda isə bu sektorda 293,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 21,2 % çoxdur.

Bu ilin ilk 10 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 % təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda ÜDM istehsalı illik müqayisədə 1,7 % artaraq 115 milyard 930,5 milyon manat təşkil edib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.07.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər