Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar
Far.Az xəbər saytı

Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar


Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında sərnişinlər eskalatordan yıxılıblar.

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Qeyd olunub ki, təxminən 40-45 yaşlarında xanımın yıxılmasına səbəb eskalatorun işləməməsi olub.

"Xanım yıxılan kimi, eskalatorun hərəkəti dayandırıldı. Sərnişinlərlə metro işçiləri arasında insident oldu", - deyə məlumatda bildirilib.

"Bakı Metropoliteni" QSC-dən cavab olaraq bildirilib ki, xanımın yıxılmasına səbəb müvazinətini itirməsi olub.

"Sözügedən hadisə ilə bağlı bildiririk ki, metrodan ilk dəfə istifadə edən xanım sərnişin üç övladı ilə birlikdə "İnşaatçılar" stansiyasında eskalatordan istifadə qaydalarına bələd olmadığı üçün minməyə tərəddüd edib, eskalatora mindikdən sonra isə müvazinətini itirərək yıxılıb. Uşaqlar da onunla birlikdə yıxılıblar.

Metropoliten əməkdaşları hadisəyə dərhal müdaxilə ediblər, beş saniyə ərzində eskalatorun hərəkəti dayandırılaraq sərnişinlərin təhlükəsizliyi təmin olunub. Eyni anda ehtiyat eskalator işə salınaraq hərəkət axını bərpa edilib.

Nəzərinizə çatdırırıq ki, sərnişin xanımın öz istəyi ilə təcili tibbi yardım çağırılmayıb və çəkiliş aparılmasına razılıq verilməyib. Əməkdaşlarımız tərəfindən sərnişinin şəxsi məxfiliyinə və seçimlərinə hörmətlə yanaşılıb", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

"Bakı Metropoliteni" "Xətai”də sərnişinin eskalatorun dayandırılmasının səbəblərini araşdırır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər