Sərdar Ayaz Sadiq Pakistan və Azərbaycan arasında parlamentlərarası dialoqun möhkəmlənəcəyinə əmindir
Far.Az xəbər saytı

Sərdar Ayaz Sadiq Pakistan və Azərbaycan arasında parlamentlərarası dialoqun möhkəmlənəcəyinə əmindir


Azərbaycan və Pakistan əsas regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyə, həmrəyliyə və vahid mövqeyə əsaslanan strateji münasibətləri möhkəmləndirməkdə davam edir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq deyib.

Onun sözlərinə görə, görüşlər zamanı Azərbaycanın bir sıra beynəlxalq məsələlər, o cümlədən Cammu və Kəşmir, Qəzzadakı vəziyyət və İran-İsrail münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirib.

Bundan əlavə, Sərdar Ayaz Sadiq parlamentlərarası əməkdaşlığın daha da gücləndiriləcəyinə və Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Bu xüsusda, o, birbaşa uçuşların yaradılmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.

Cənubi Qafqazda gedən proseslərə toxunan sədr qeyd edib ki, Pakistan Milli Assambleyası bundan əvvəl də bir sıra qətnamələr qəbul edib, o cümlədən Ermənistanın təcavüzünü kəskin pisləyib. Onun sözlərinə görə, Azərbaycan və Pakistan bütün məsələlərdə ardıcıl olaraq bir-birini dəstəkləyir.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər