Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı
Far.Az xəbər saytı

Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı


Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Far.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb.

"Baxış zamanı ondan çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər