İlham Əliyev Donald Trampa başsağlığı verib
Far.Az xəbər saytı

İlham Əliyev Donald Trampa başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.

Far.Az-in məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Oxşar xəbərlər

Vyetnam lideri Azərbaycan Prezidentinə başsağlığı məktubu ünvanlayıb
İtaliya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı məktubu ünvanlayıb
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti Koreya Xalq Demokratik Respublikasının rəhbərinə təbrik məktubu ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər