Ukraynaya minatəmizləmə fəaliyyəti üçün 70 milyon avro ayrılıb
Far.Az xəbər saytı

Ukraynaya minatəmizləmə fəaliyyəti üçün 70 milyon avro ayrılıb


Niderland, Norveç, Avropa İttifaqı (Aİ) və Finlandiya Ukrayna ərazilərinin minalardan təmizlənməsi üçün 70 milyon avro ayırdıqlarını elan ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski Brüsseldə keçirilən minatəmizləmə fəaliyyəti üzrə UMAC 2026 beynəlxalq konfransının yekunlarına dair öz "Telegram" kanalında bildirib.

"Bu mühüm dəstəyə görə Niderland, Norveç, Aİ və Finlandiyaya minnətdaram. Bu, torpaqların təhlükəsiz istifadəyə qaytarılmasını, aqrarların, müəssisələrin və icmaların işinin bərpasını sürətləndirməyə kömək edəcək", – Koretski yazıb.

Baş nazirin sözlərinə görə, Ukrayna 2023-2025-ci illərdə 40 min kv. km-dən çox ərazini müayinə edərək yenidən istifadəyə qaytarıb, cari ildə isə bu göstərici daha 5 min kv. km-dən çox olub.

O həmçinin bildirib ki, Ukrayna 2033-cü ilə qədər Minatəmizləmə fəaliyyəti üzrə Milli strategiyanı və "Ukraine Facility" aləti çərçivəsində Aİ-nin dəstəyi ilə kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi proqramını həyata keçirir.

Koretski tərəfdaşları maliyyələşdirməni Ukrayna hökuməti ilə əlaqələndirməyə, yerli şirkətləri və texnologiyaları cəlb etməyə, həmçinin minatəmizləməni mənzillərin, yolların və müəssisələrin bərpası ilə eyni vaxtda planlaşdırmağa çağırıb.

Bundan əlavə, baş nazir Ukraynanın təcrübə və texnologiyalarını beynəlxalq tərəfdaşların resursları ilə birləşdirərək başqa ölkələrdə də minalardan təmizləmə üzrə birgə proqramlara başlamağı təklif edib.

"İlk nəticələri Litvada keçiriləcək növbəti 'Ukraine Mine Action Conference'-da təqdim etməyi planlaşdırırıq", - o əlavə edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər