Tanınmış aparıcının təbiət qoynundakı villası nümayiş olundu
Far.Az xəbər saytı

Tanınmış aparıcının təbiət qoynundakı villası nümayiş olundu


Türkiyəli model və aparıcı Elif Ece Uzun iki mərtəbəli evi ilə gündəmə gəlib. 

Far.Az xəbər verir ki, onun mülkünün görüntüləri aparıcı Evrim Akının "Evrim Akın ile Ev Gezmesi" verilişində nümayiş olunub. 

Təbiətin qoynunda yerləşən bu ikimərtəbəli dağ evində daha çox açıq rəngələrə üstünlük verilib. 

Bej tonlarında olan mebel sadə və şık görünüş yaradıb. Qonaq otağının mərkəzindəki ağ yemək masası zərif dizaynı ilə göz qamaşdırır.

Elif Ece Uzun ev üçün sadə dekorasiya  seçib. Bu yanaşma evin hər küncündə hiss olunur. Villanın xarici görünüşü də içərisi kimi diqqəti cəlb edir. 

Yataq otağında ağ və yasəmən tonları xüsusi göz oxşayır. Geniş quruluşu ilə diqqət çəkən bu otaq rəng seçimi və tərtibatı ilə ürəkaçan atmosfer yaradır. 

Qara və ağ rənglərin üstünlük təşkil etdiyi mətbəx müasir toxunuşları ilə evin digər sahələrindən seçilir. 

Aparıcının sadə və rahat atmosferi ilə diqqət çəkən mülk çox bəyənilib. Malikanənin Elif Ece Uzunun sakit həyat tərzini əks etdirdiyi qeyd edilib. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO
Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər