Qətlə yetirilən qadının əri DANIŞDI: "Atam..."
Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, cinayəti mərhumun qayınatası Orucağa Ağayev törədib. O, həmçinin həyat yoldaşı Sevilə də bıçaqla xəsarət yetirib. Orucağa Ağayev saxlanılıb.
İlkin versiyaya əsasən, hadisənin "namus üstündə" baş verdiyi bildirilmişdi.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Günel Ağabəylinin həyat yoldaşı Tayfun Ağabəyli Sonxeber.az-a müsahibəsində bildirib ki, atası öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb:
"Biz 2 il idi ailəli idik, çox da xoşbəxt həyatımız olub. Danışmaq çətin olsa da, bunu demək məcburiyyətindəyəm.
Mənim atamla, əgər ona ata demək olarsa, biraz mübahisəmiz oldu. O, son bir ayda dəfələrlə mənə deyib ki, övladınız olmur, ayrıl. Bununla bağlı hadisə baş verməmişdən bir gün öncə də söhbətimiz oldu.
Hadisə günü isə biz qayınatamgilə getmişdik, evə döndük, sonra mən yenidən evdən çıxdım 1 saatlıq. Geri döndükdə isə artıq hadisə baş vermişdi. Mediada yayılan "namus" söhbəti də yalandır.
Mənim atam öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb. Mənim Günelimi tanıyan hər kəs bilir ki, o necə adamdır. Mən ondan çox razı idim, o mənim cənnət mələyimdir. Allah onun məkanın cənnət eləsin!"
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fuad Poladovun qızı Xalq artistinin həyatını yarıda qoyan xəstəliyindən danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













