Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Far.Az xəbər saytı

Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir


Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş bu yüksəksəviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq duyuruq. Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

Far.Az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə, həmçinin qeyd olunur: "Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmiz insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak edir.

Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumu bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir".

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev BMMT-nin Baş Assambleyası sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər