AK Serbiyada iqtisadi artımın 2027-ci ildə 3,8 faizə çatacağını proqnozlaşdırır
Avropa Komissiyası (AK) Serbiyada iqtisadi artımın 2026 və 2027-ci illərdə sürətlənəcəyini, 2028-ci ildə isə zəifləyəcəyini proqnozlaşdırır.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə qurumun çərşənbə axşamı açıqladığı 2026-cı ilin Payız İqtisadi Proqnozunda bildirilib.
Proqnoza əsasən, Serbiyanın ümumi daxili məhsulunun (ÜDM) artımı 2025-ci ildəki 2,1 faizdən 2026-cı ildə 3,3 faizə yüksələcək. 2027-ci ildə bu göstəricinin 3,8 faizə çatacağı, 2028-ci ildə isə 2,9 faizə enəcəyi gözlənilir.
AK iqtisadi artımın sürətlənməsini, əsasən, daxili tələbin, xüsusilə ev təsərrüfatlarının istehlakının artması ilə əlaqələndirir. Buna əməkhaqlarının və minimum əməkhaqqının yüksəlməsi, sosial ödənişlər, eləcə də ev təsərrüfatlarına verilən kreditlərin artması təsir göstərəcək.
Bundan əlavə, Belqradda keçiriləcək "EXPO 2027" beynəlxalq sərginin turist axınının artması hesabına iqtisadi artıma töhfə verəcəyi gözlənilir.
Komissiya daxili tələbi dəstəkləyən stimullaşdırıcı tədbirlərin müvəqqəti xarakter daşıdığı barədə xəbərdarlıq edib. Bildirilib ki, bu dəstəyin aradan qalxması iqtisadi fəallığın gözləniləndən daha kəskin zəifləməsinə səbəb ola bilər.
Sənəddə 2025-ci ildən etibarən birbaşa xarici investisiyaların azalması və əməkhaqlarının sürətlə artması da risk amilləri kimi qeyd olunur. Bu tendensiyaların Serbiyanın rəqabət qabiliyyətinə və ixrac göstəricilərinə mənfi təsir göstərə biləcəyi vurğulanır.
Proqnoza görə, ölkədə büdcə kəsiri 2026-cı ildə ÜDM-in 3,5 faizini təşkil edəcək, 2028-ci ilədək isə tədricən 3 faizdən aşağı düşəcək.
Oxşar xəbərlər
Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunan sərginin açılışı olub
700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb













