İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olunub
İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə tərkibində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İmişli Rayon Polis Şöbəsi, bələdiyyə sədrləri və aidiyyəti üzrə nümayəndəliklərin təmsilçilərinin daxil olduğu Komissiya yaradılıb.
Komissiya tərəfindən aparılmış monitorinqlər zamanı İmişli rayonu ərazisində torpaq qanunvericiliyinin və yerin təkindən istifadə qaydalarının pozulması faktları aşkar edilib, o cümlədən qum-çınqıl hasilatının müvafiq icazə sənədləri olmadan həyata keçirildiyi müəyyən olunub. Nəticədə Komissiyanın keçirdiyi monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının hər biri ilə bağlı qanunauyğun hüquqi tədbirlər görülməsi məqsədilə aktlar tərtib edilərək aidiyyəti üzrə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq orqanlara məktublar göndərilib.
Qeyd edək ki, aparılmış monitorinqlər zamanı qeydə alınmış foto materiallar qanunsuz fəaliyyətin miqyasını və ətraf mühitə vurulan ziyanın ciddiliyini əyani şəkildə əks etdirir. Hazırda monitorinqlər nəticəsində qanunsuz fəaliyyəti aşkar edilmiş qum-çınqıl karxanalarının texnika və avadanlıqları, İmişli Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılaraq fəaliyyətləri dayandırılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi













