Pensiya kartına görə anasını öldürdü - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

Pensiya kartına görə anasını öldürdü - TƏFƏRRÜAT


Sabirabadda yaşlı qadın döyülərək öldürülüb.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisədə onun oğlu şübhəli bilinir.

Rayonun Mürsəlli kənd sakini, 85 yaşlı Balabikə Zeynalova ötən gün müxtəlif bədən xəsarətləri ilə komatoz vəziyyətdə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Qadın aldığı bədən xəsarətlərindən bu gün səhər xəstəxanada dünyasını dəyişib.

İlkin məlumta görə, yaşlı qadın oğlu, 53 yaşlı Ağamirzə Zeynalov tərəfindən döyülüb. Yaxınları bildirirlər ki, o, ailəsindən boşanıb və son vaxtlar spirtli içki aludəçisi olub.

İddialara görə, o, anasının pensiya kartını özündə saxlayıb, həmin pensiyanın pulu ilə mütəmadi spirtli içki alıb, içirmiş. Ötən gün səhər saatlarında ana oğlunun cibindən özünə məxsus pensiya kartını götürüb gizləyib. Günorta saatlarında yuxudan oyanan oğlu yenə spirtli içki almaq üçün yaxınlıqdakı mağazaya gedib və içkinin pulunu vermək istəyəndə pensiya kartının üstündə olmadığını görüb. Bundan sonra əsəbiləşən Ağamirzə Zeynalov nisyə aldığı içkini qəbul edib və anasını döyməyə başlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər