Azərbaycanəsilli deputat onu təhqir edən seçiciyə çaynik atdı
Gürcüstanda Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki "Mərasim evi"ndə kənddəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.
Far.Az aktual.ge-yə istinadən xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O, bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.
Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.
Görüşə qatılan Qızılhacılı deputatı Ceyhun Çovdarov və mer nümayəndəsi Sədrəddin Talıbov onlara qarşı Əhməd Babakişiyev dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb.
Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. Cavab olaraq, Ceyhun Çovdarov masada olan çayniki həmin şəxsə atıb. Bundan sonra dava baş verib.
Daha ətraflı video xəbəri təqdim edirik:
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb













