Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı
Far.Az xəbər saytı

Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı


Abşeronda yol polisi növbəti profilaktik tədbirlər keçirib.

Far.Az xəbər verir ki, rayon ərazisində həyata keçirilən reydlər zamanı yol polisinin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirən "Ford" markalı avtomobilin sürücüsü saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində inzibati tənbeh tətbiq edilib. Rayon ərazisində avtoxuliqanlıq edən VAZ-2107 markalı avtomobilin sürücüsü də yol polisi tərəfindən saxlanılıb. Barəsində inzibati protokol tərtib olunan sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ məhkəmənin qərarı ilə bir il müddətinə məhdudlaşdırılıb.

Tədbirlər çərçivəsində gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan, eləcə də motosikletlərin konstruksiyasına dəyişiklik edərək əlavə işıq qurğuları quraşdıran 14 sürücü saxlanılıb və inzibati məsuliyyətə cəlb edilib.

Abşeron rayonunda yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

FHN şagird və müəllimlərlə təlim keçirdi
Sabunçu bazarında REYD - "Allahın cücüsüdür"
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
FHN zavodda təlim keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər