Nazir müavini: Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir
Far.Az xəbər saytı

Nazir müavini: Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir


Türkiyə və Azərbaycan həmişə bir-birinin yanında olacaq.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək xətlə inkişaf edir:

"Şuşa bəyannaməsi isə iki ölkənin inkişafında böyük rol oynayır. Ölkələr arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir".

Onun sözlərinə görə, təkcə bu il ərzində iki ölkə arasında münasibətlər əlamətdar il olaraq davam edir:

"Artıq Prezident İlham Əliyev bu il 3 dəfə Türkiyəyə, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da həmçinin Azərbaycana səfər edib".

Nazir müavini əlavə edib ki, iki ölkə arasında münasibətlər iqtisadi sahədə də inkişaf edir:

"Enerji, logistika layihələri davam edir. Birgə həyata keçirilən nəhəng layihələr regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər