DİM dekabrın 4-nə təyin edilən Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını ləğv edib
Far.Az xəbər saytı

DİM dekabrın 4-nə təyin edilən Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını ləğv edib


Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 4-nə təyin edilən Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını ləğv edib.

Bu barədə "Far.Az"a Qurumdan məlumat verilib.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən dekabrın 4-də BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, dekabrın 13-də isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.

"16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, dekabrın 4-də keçirilməsi nəzərdə tutulan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. Bu imtahanda iştirak etmək üçün namizədlərin ödədikləri vəsait onların şəxsi kabinet hesablarına qaytarılacaq".

Məlumata görə, dekabrın 4-də BB vəzifə altqrupu və dekabrın 13-də isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanı zamanı namizədlərə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minmə tarixindən əvvəl müəyyən edilmiş proqram üzrə - qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkürlə bağlı suallar təqdim ediləcək.

"İmtahan zamanı qanunvericilik proqramına aid test tapşırıqları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunları ilə eyniyyət təşkil edən normaları ilə bağlı olacaq.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən 2 il müddətinə qüvvədə olan "Dövlət qulluğu sertifikatı" veriləcək".

Oxşar xəbərlər

II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb - YENİLƏNİB
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər