Ayaz Mirzəyev: "İnsan hüquqları sistemində din və söz azadlığı bir-birindən ayrı deyil"
Far.Az xəbər saytı

Ayaz Mirzəyev: "İnsan hüquqları sistemində din və söz azadlığı bir-birindən ayrı deyil"


"İnsan hüquqları sistemində din və söz azadlığı bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan və gücləndirən dəyərlərdir".

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri və Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ayaz Mirzəyev "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda konfrans çərçivəsində təşkil olunmuş "Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı" adlı panel sessiyada deyib.

O qeyd edib ki, dini etiqad azadlığı insanın istədiyi dinə etiqad etmə, onu dəyişdirmə və ya heç bir dinə inanmama haqqıdır.

A.Mirzəyevin fikrincə, dini inanc və ifadə azadlığı zaman-zaman bir-biri ilə toqquşan sahələr kimi təqdim olunsa da, əslində bu iki azadlıq bir-birini tamamlamalıdır:

"Çünki dini azadlıq olmadan insanlar öz mənəvi inamlarını yaşaya, ifadə azadlığı olmadan isə bu inamı paylaşa və ya müzakirə edə bilmirlər".

O vurğulayıb ki, dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında duran önəmli faktordur:

"Azərbaycan dünyəvi və çoxkonfessiyalı bir ölkə olaraq dini etiqad azadlığının təmin olunması baxımından pozitiv nümunədir. Müsəlmanlarla yanaşı, xristian və yəhudi icmaları da burada sərbəst fəaliyyət göstərirlər".

A.Mirzəyev hesab edir ki, vicdan azadlığının qorunması tək dövlətin deyil, həm də fərd olaraq hər bir kəsin, geniş mənada isə bütün bəşəriyyətin ortaq qazancıdır:

"Dinə və inanclara qarşı tolerant cəmiyyət qurma isə fikir azadlığına, vicdana və insanın daxili azadlığına hörmət etməklə mümkün ola bilər".

Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan Oxu.Az, Report.az, Caliber.az, Media.az, Baku.ws və PhotoStock.az saytları, Baku TV telekanalıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Şamaxıda "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda konfrans keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər