Almaniya Litvada kamikadze dronlarını ilk dəfə sınaqdan keçirib
Far.Az xəbər saytı

Almaniya Litvada kamikadze dronlarını ilk dəfə sınaqdan keçirib


Almaniya Silahlı Qüvvələri Litvada keçirilən hərbi təlimlər çərçivəsində ilk dəfə kamikadze dronlarının taktiki sınaqlarına başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Təlimlər Belarusla sərhəd yaxınlığında yerləşən Rudninkay poliqonunda keçirilir.

Alman hərbçiləri "Helsing" və "Stark" şirkətləri tərəfindən istehsal olunan, inert döyüş başlıqları ilə təchiz edilmiş kamikadze dronlarını sınaqdan keçiriblər. Sınaqlar zamanı pilotsuz uçuş aparatları əsas döyüş tanklarının maketlərini uğurla məhv edib.

Bundan əlavə, hərbçilər "Helsing" şirkətinin süni intellekt əsaslı "Clarity" proqram təminatını da sınaqdan keçiriblər. Sistem peyklərdən, dronlardan və digər sensorlardan əldə edilən məlumatları təhlil edərək potensial hədəfləri müəyyənləşdirir.

Almaniya Quru Qoşunlarının komandanı, general-leytenant Kristian Freydinq hər iki texnologiyanı müasir müharibənin aparılması üçün əvəzolunmaz adlandırıb.

Sınaqlar Litvada yerləşdirilmiş Bundesverin 45-ci tank briqadasının bazasında NATO-nun "Freedom Shield" çoxmillətli hərbi təlimləri çərçivəsində keçirilir. Təlimlərdə səkkiz ölkədən təxminən 3 800 hərbçi iştirak edir.

Berlin 2027-ci ilin sonunadək Litvada təxminən 5 min hərbçidən ibarət daimi zirehli briqada yerləşdirməyi və onu 2 minə yaxın texnika ilə təchiz etməyi planlaşdırır. Hazırda ölkədə təxminən 1 800 alman hərbçisi xidmət edir.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər