Bakıda ani diqqətsizlik DƏHŞƏTLİ FACİƏYƏ səbəb oldu
Far.Az xəbər saytı

Bakıda ani diqqətsizlik DƏHŞƏTLİ FACİƏYƏ səbəb oldu


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən Far.Az-ə verilən məlumata görə, yollarda təmir-tikinti və təmizlik işləri aparılarkən bəzi sürücülərin diqqətsizlik etməsi səbəbindən yol-nəqliyyat hadisələri baş verir:

"Ötən gün axşam saatlarında Xəzər rayonu, Aeroport şosesində, aidiyyəti dövlət qurumunun əməkdaşları tərəfindən yolun təmizlənməsi işləri görülüb. Təhlükəsizliyi təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablosunda iş gedən zolağa "X" işarəsi qeyd edilməklə yanaşı, işi aparan qurumun xəbərdarlıq nişan lövhəsi qoyulmuş avtomobili təmizlik işi görən nəqliyyat vasitəsini müşayiət edib. Ancaq təəssüflər olsun ki, hərəkətdə olan minik avtomobillərindən biri diqqətsizlik edərək qeyd edilən nəqliyyat vasitəsinə çırpılıb. Qəza səbəbindən bir neçə dəqiqə mərkəz istiqamətində sıxlıq da yaranıb. Bu cür qəzaların olmaması üçün sürücülər yollarda diqqətli olmalı, təmir-tikinti, təmizlik, suvarılma işləri aparılarkən təhlükəsizlik, müvafiq istiqamətləndirici yol nişanların tələblərinə riayət etməlidirlər".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər