Hikmət Hacıyev: "Azərbaycan mediası ölkənin obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır"
"Prezidentin iki saat yarımdan artıq dünyanın 50-dən çox ölkəsindən təmsil olunan jurnalistlərin suallarını açıq-aydın cavablandırması Azərbaycana qarşı aparılan dezinformasiya cəbhəsinin yarılması, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacib komponentlərindən biridir".
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib.
O, bu məsələdə Azərbaycan mediasının rolundan da söz açıb:
"Azərbaycan mediası ölkənin milli maraqlarından çıxış edərək kampaniyaların qarşısında sipər rolunu oynayır, Azərbaycanın obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Bu gün kontent yaradıcılığı və istehsalı baxımından mediamızın göstəriciləri əsaslı dərəcədə artıb. Bu təkcə Azərbaycan dilinə yox, digər dillərə də şamil edilir. Son dövrlər mediamızda "fact check" yanaşmaları da artıb. Həmçinin dövlət orqanlarında dezinformasiya faktlarını müəyyənləşdirərək onları ifşa edən yanaşmalar da əsaslı dərəcədə artıb. Ancaq bu, sonu olmayan bir mübarizədir və daim əsaslı şəkildə məsələlərdən agah olmalıyıq".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













