Kubanıç Joldoşev: "İlham Əliyevin geosiyasi baxışı Şuşa Forumunun iştirakçılarını heyran edib"
Far.Az xəbər saytı

Kubanıç Joldoşev: "İlham Əliyevin geosiyasi baxışı Şuşa Forumunun iştirakçılarını heyran edib"


"Azərbaycan Prezidenti İlham Əliyevin dünyada cərəyan edən geosiyasi proseslərə baxışı III Şuşa Qlobal Media Forumunun iştirakçılarında böyük maraq doğurub".

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli İnformasiya Agentliyi "Kabar"ın media şöbəsinin rəhbəri Kubanıç Joldoşev bildirib.

"Jurnalist kimi, mən həqiqətən təsirləndim. Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüş mənə güclü təsir bağışladı. Onun həm qlobal geosiyasi tendensiyalar, həm də münaqişədən sonra Azərbaycanda bərpa prosesi haqqında fikirlərini eşitmək son dərəcə maraqlı idi. Bu, açıq və dərin bir söhbət idi", - deyə o qeyd edib.

Joldoşev, həmçinin vurğulayıb ki, onu xüsusilə Azərbaycanda baş verən müsbət dəyişikliklərin miqyası heyrətləndirib: "Bərpa və yenidənqurma işlərinin, xüsusilə bu işlərin Qarabağda hansı sürət və keyfiyyətlə aparılması bizi səmimi olaraq sevindirdi. Qardaş ölkənin sürətlə inkişaf etməsini və dəyişməsini görmək çox xoşdur".

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər